2025-ci il noyabrın 5-də Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Ruslan Xəlilov “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda "Vətəndaş cəmiyyətinin konstitusion prinsiplərində şəxsiyyətin rolu" tezisi ilə çıxış etmişdir.
Qeyd edək ki, Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi və Türkiyə İstanbul Universitetinin Hüquq fakültəsi tərəfindən birgə keçirilən konfrans “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.