Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 445 Arxiv
XƏBƏRLƏR
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb
18 Fevral, 2026Transmilli təhsil forumu  

2-ci Dayanıqlı Şəhər Layihəsi” üzrə təlim başa çatıb  

Xəzər Universitetinin Memarlıq və Dizayn Departamenti tərəfindən “Yurtdışı Türklər” və “Ufuk Planlama” şirkətinin təşkilatçılığı ilə 27–31 oktyabr 2025-ci il tarixlərində həyata keçirilən “Kənt Orman Yaşam Atölyesi” Multidisiplinar Məkansal Planlama Təlimi uğurla başa çatıb. Bağlanış tədbirində Xəzər Universitetinin Təbiət Elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova çıxış edərək, layihənin əhəmiyyətini vurğulamış və iştirakçıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik etmişdir.

Beş gün davam edən təlim çərçivəsində Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin memarlıq və dizayn ixtisaslarının tələbələri, Memarlıq və İnşaat Universitetinin SABAH qrupları, həmçinin Türkiyənin bir çox tanınmış universitetlərinin memarlıq ixtisası tələbələri birgə əməkdaşlıq şəraitində işləyərək seçilmiş ərazinin abadlaşdırılması və yeni universitet kampusunun planlaşdırılması üzrə yaradıcı və innovativ layihələr hazırlayıblar.

Yekun mərasimdə tələbələr hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətində Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri Dos. Dr. Şəhla Abbasova, eləcə də müəllimlər Sevinc Həsənova, İlahə Təhməzli , Fatma Ataşkaya, Günay Məmmədova və assistent Cəmilə Səfərova iştirak ediblər. Layihənin beynəlxalq tərəfdaşları sırasından isə Dr. Nejla Kılınç (“Ufuk Planlama” Şirkəti və Kent Orman Yaşam Atölyesinin qurucusu), Prof. Dr. Halim Perçin (Ankara Universiteti), Aydoğan Kılınç (“Ufuk Planlama” Şirkəti) və memar Kübra Ergül münsif qismində çıxış ediblər.

Münsiflər təqdim olunan işləri yüksək qiymətləndirərək, tələbələrin komanda ruhunu, memarlıq baxışını və yaradıcı düşüncə tərzini xüsusi vurğulayıblar. Layihə rəhbəri, “Ufuk Planlama” Şirkəti və Kent Orman Yaşam Atölyesinin qurucusu Dr. Nejla Kılınç çıxış edərək, təlimin uğurla başa çatmasından məmnunluğunu bildirib. O, layihə müddətində tələbələrin göstərdikləri yaradıcılığı, əməkdaşlıq bacarığını və ekoloji düşüncəyə əsaslanan yanaşmalarını yüksək qiymətləndirib: “Bu beş gün ərzində biz təkcə bir layihə hazırlamadıq, həm də fərqli ölkələrdən gələn gənclərin bir-birini daha yaxından tanımasına, fikir mübadiləsi aparmasına və birgə öyrənməsinə şahid olduq. Tələbələr yalnız memarlıq baxımından deyil, həm də sosial və ekoloji dəyərlər baxımından çox zəngin ideyalar təqdim etdilər.”

Dr. Kılınç əlavə edib ki, bu layihə tələbələr üçün həm peşəkar, həm də insani inkişaf təcrübəsi olub. Onun sözlərinə görə, layihə ərzində iştirakçılar “Kənt Orman Yaşamı” konsepsiyasını yalnız dizayn səviyyəsində deyil, həm də təbiət, insan və məkan harmoniyası kimi dərk etməyi bacarıblar. Sonda o, Xəzər Universitetinin Memarlıq və izayn epartamentinə, “Yurtdışı Türklər” təşkilatına və “Ufuk Planlama” şirkətinə təşəkkürünü bildirib: “Bu layihə beynəlxalq əməkdaşlığın nə qədər dəyərli olduğunu bir daha göstərdi. İnanıram ki, bu təcrübə gələcəkdə daha böyük layihələrin başlanğıcı olacaq.”

Təqdimatlardan sonra bütün iştirakçılara sertifikatlar təqdim olunmuş, bununla da layihə rəsmi şəkildə bağlanmışdır

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026