2025-ci il noyabrın 1-də Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev “TRT Russian” kanalına müsahibə verib. O, təhsilin türk xalqlarını bir araya gətirmək üçün necə təməl rolunu oynaya biləcəyindən bəhs edib.
Müsahibə zamanı Dos. Vəliyev Türk dünyasının formalaşması prosesinin 3 mərhələyə bölündüyünü qeyd edib: ilk mərhələ Sovet İttifaqının dağılması ilə, növbəti mərhələ Naxçıvan müqaviləsinin imzalanması ilə, son mərhələ isə İkinci Qarabağ müharibəsi ilə başlamışdır. Bu kontekstdə o, müasir mərhələdə universitetlərin mədəni aktivizmi təşviq etmək və ümumi düşüncə tərzini formalaşdırmaqla strateji rol oynamalı olduğunu vurğulayıb.
Keçid: https://x.com/trtrussian/status/1986131400094064778?s=46