2025-ci il oktyabrın 31-də Xəzər Universitetində Pekin Xarici Dillər Universitetinin prorektoru Prof. Zhao Gang tərəfindən seminar keçirilib. Prof. Zhao Gang “Çində xarici dil təhsilinin inkişafı və islahatı: Pekin Xarici Dillər Universiteti nümunəsində tədqiqat” mövzusunda çıxış edib.
Seminarın iştirakçıları - müəllim-işçi heyəti və tələbələr Çində xarici dilin tədrisinə, eləcə də Pekin Xarici Dillər Universiteti nümunəsində aparılan tədqiqatlara aid dəyərli bilik əldə ediblər.
Seminar fikir mübadiləsi ilə yekunlaşıb.