Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 977 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Karsda II “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı Beynəlxalq Simpozium keçirildi

2025-ci il oktyabrın 17-də Türkiyənin Kars şəhərində II “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı  Beynəlxalq Simpozium keçirilib. Tədbir Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamenti və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Nar, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı  ilə həyata keçirilib. Simpozium Türkiyədə yalnız Kafkas Universitetində fəaliyyət göstərən, bakalavr və magistratura səviyyəsində təhsil verən Azərbaycan türkçəsi və ədəbiyyatı bölümünün 20 illiyi və Qarabağ zəfərinin 5 illiyinə həsr edilmişdir.

Məlumat üçün bildiririk ki, I “Türk dünyasında Azərbaycan dili və araşdırmaları” simpoziumu 5-6 dekabr 2024-cü ildə Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə baş tutmuşdur.

Açılış mərasimində Kafkas Universitetinin prorektoru Prof. Engin Kılıç, Fənn-ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları, Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsinin müdiri Prof. İlkin Qulusoy, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Zamin Əliyev, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova, Azərbaycan Respublikasının təhsil müşaviri Dos. Nəcibə Nəsibova, Atatürk Mərkəzinin direktoru Akad. Nizami Cəfərov, AR Milli Məclisinin deputatı Prof. Hikmət Babayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Səttar Kaya, Yusif Balasaqun adına Qırğız Milli Universitetinin müəllimi Farizat Kuramayeva və onlayn şəkildə Narın İctimaiyyətlə əlaqələr və Korporativ ünsiyyət direktoru Hökümə Kərimova çıxış ediblər. Natiqlər simpoziumun elmi əhəmiyyətini və Türk dünyasında birliyin gücləndirilməsində rolunu vurğulayıblar.

Simpoziumun açılış mərasimində, həmçinin Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalovaya və Narın İctimaiyyətlə əlaqələr və Korporativ ünsiyyət direktoru Hökümə Kərimovaya simpoziuma verdikləri töhfəyə görə plaketlər təqdim olunub.

Rəsmi hissədən sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qarsdakı Heydər Əliyev adına Təhsil Mərkəzi ziyarət olunub, kitablar hədiyyə edilib.

Simpoziumun ikinci hissəsində iştirakçıların elmi məruzələri dinlənilib. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova panellərdən birinə sədrlik edib. Departamentin əməkdaşları – Prof. Bədirxan Əhmədov, Dos. Zivər Hüseynli Baylan, Dr. Almaz Bədəlova, Dr. Yeqzar Cəfərli, Sevinc Allahverdiyeva, Mənsurə Əhmədova və Fərqanə Ələsgərli müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Dos. Dilbər Zeynalova Kafkas Universitetinin prorektoru Prof. Selçuk Ural ilə görüşərək, simpoziumun yüksək səviyyədə təşkili üçün təşəkkürünü bildirib və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.

Oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Xəzər Universitetinin əməkdaşları, Kafkas Universitetinin nümayəndələri və digər elm adamları Türkiyə-Ermənistan sərhədində, Arpa çayı sahilində Azərbaycanın, Xəzər Universitetinin, Nar`ın bayraqlarını dalğalandırıblar.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026