Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 775 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Elmi Şuranın növbəti iclası    

2025-ci il oktyabrın 7-də Xəzər Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi.

İclasa universitetin rektoru Dr. Raziyə İsayeva sədrlik edərək, gündəlikdə yer alan məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı. İlk olaraq sədr Elmi Şuranın yeni tərkibi barədə məlumat verdi. Qeyd etdi ki, sənaye sahəsində çalışan 5 mütəxəssis də daxil olmaqla, Elmi Şuranın ümumilikdə 41 üzvü təsdiq olunmuşdur.

İclasın gündəliyində yer alan birinci məsələ - məzunlar haqqında məlumat təqdim olundu. Təbiət Elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin dekan vəzifəsini icra edən Xanım Öməroğlu, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Sevinc Allahverdiyeva, Baytarlıq təbabəti fakültəsinin dekan vəzifəsini icra edən Çiçək Əliyeva, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov tələbələrin akademik göstəricilərini, ixtisas istiqamətlərini və müvafiq statistik məlumatları nəzərə çatdırdılar. Təqdim edilən məzun siyahısı Elmi Şura üzvləri tərəfindən təsdiq olundu.

Gündəliyin ikinci məsələsi fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş tələbələrin təhsil formalarının əyanidən qiyabiyə keçirilməsi ilə bağlı idi. Elmi Şuranın katibi Günel Bahəddinova bildirdi ki, cari akademik ildə Xəzər Universitetinə 12 nəfər yerli doktorant qəbul olmuşdur. Onlardan 2 nəfəri qiyabi, 10 nəfəri isə əyani formada təhsil alır. Əyani formada təhsil alan doktorantlardan 5 nəfəri rəsmi ərizə ilə müraciət edərək, təhsil formalarının əyanidən qiyabiyə dəyişdirilməsini xahiş etmişlər. Elmi Şura üzvləri tərəfindən müraciətlər müsbət qiymətləndirildi və müvafiq qərar qəbul edildi.

Gündəliyin üçüncü məsələsi olan Elmi Şuranın illik fəaliyyət planı müzakirə edildi. Sədr Dr. Raziyə İsayeva fəaliyyət planında yer alan məsələlər barədə məlumat verərək, onları Şura üzvlərinin diqqətinə çatdırdı. Üzvlər tərəfindən irəli sürülən təkliflər nəzərə alınaraq, plan təsdiq edildi.

İclasın sonunda cari məsələlər müzakirə olundu və iclas  başa çatdı.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026