5 sentyabr 2025-ci il tarixində 1.“Türk Damgalarını Çağdaşlaşdırma Çalıştayı: Bildiri və Tutanakları” (1-ci Türk Damğalarını Müasirləşdirmə Simpoziumu: Məruzə və Qeydləri) adlı elmi nəşr Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Odər Əlizadənin elmi redaktorluğu ilə işıq üzü görüb.
Kitab elmi məqalələr və məruzələr toplusundan ibarətdir və simpoziumda təqdim olunmuş materialları əhatə edir. Nəşrdə, həmçinin, Dr. Odər Əlizadənin “Azərbaycan Türkçəsi üçün Türk Tamğaları” adlı məqaləsi yer alıb. Məqalədə qədim türk tamğalarının Azərbaycan türkcəsində tətbiq imkanları və yazı sistemindəki mövqeyi elmi müstəvidə araşdırılıb.
Nəşr, türk tamğaları mövzusunda ilk elmi toplu olaraq hazırlanıb və kitab həm çap, həm də rəqəmsal formatda əldə edilə bilər.