2025-cü il sentyabrın 4-də Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev AnewZ kanalında Nadia Jani`nin “Azərbaycan-Rusiya münasibətləri: çağırışlar və perspektivlər” mövzusunda verilişinin qonağı olmuşdur. Dos. Vəliyev izah edib ki, iki ölkə arasındakı gərginliyin tarixi kökləri olsa da, təyyarə qəzasından sonra vəziyyət daha da gərginləşib. O vurğulayıb ki, xüsusilə Minsk qrupunun ləğvindən sonra Putinin son çıxışı münasibətlərə müsbət yöndə təsir edə bilər.