Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1157 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

Elmi Şuranın növbəti iclası

2025-ci il iyulun 4-də Xəzər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasa universitetin rektor vəzifəsini icra edən professor Məhəmməd Nuriyev sədrlik etmiş və gündəlikdə yer alan məsələləri Şura üzvlərinin diqqətinə çatdırmışdır.

İclasın əvvəlində təşkilati məsələlər müzakirəyə çıxarılmışdır. Bildirilmişdir ki, 01 iyul 2025-ci il tarixindən etibarən Xəzər Universitetində bir sıra yeni təyinatlar həyata keçirilmişdir. Humanitar, təhsil və sosial elmlər fakültəsinə filologiya üzrə fəlsəfə doktoru Milana Abbasova dekan təyin olunmuşdur. Eyni zamanda, universitetin tərkibində yeni Hasvet baytarlıq təbabəti fakültəsi yaradılmış  və Çiçək Əliyeva dekan vəzifəsini icra edən şəxs kimi təyin edilmişdir. Elmi Şura üzvləri hər iki əməkdaşı təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra iclasın gündəliyində yer alan digər məsələlərin müzakirəsinə keçilmişdir. Gündəliyin ikinci məsələsi çərçivəsində universitetin məzun olmuş bakalavriatura və magistratura üzrə tələbələri barədə məlumatlar təqdim olunmuşdur. Tələbələrin akademik göstəriciləri, ixtisasları və müvafiq statistik göstəriciləri haqqında məlumatları Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayeva, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Günel Bahəddinova və İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov təqdim etmişdir. Məzunların siyahısı Elmi Şura üzvləri tərəfindən təsdiq olunub.

Gündəliyin üçüncü məsələsi fəlsəfə doktorluğu proqramı üzrə qəbul imtahanlarının proqramlarının təsdiqinə həsr olunmuşdur. Bu barədə Elmi Şuranın katibi Günel Bahəddinova məlumat vermişdir. Bildirilmişdir ki, 2025-ci il üzrə fəlsəfə doktorluğu səviyyəsində 10 ixtisas üzrə qəbul imtahanları üçün proqramlar hazırlanmışdır.

Qeyd olunmuşdur ki, hər bir proqram üzrə daxili və xarici ekspert rəyləri əldə edilmişdir. Proqramlarla tanış olan Elmi Şura üzvləri müvafiq qərarla onları təsdiqləmişdir.

İclasın sonunda cari məsələlər – məzunluq tədbirinin təşkili, 2025/2026-cı tədris ili üçün dərs yükünün bölüşdürülməsi və digər təşkilati məsələlər müzakirə olunmuşdur.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026