2025-ci il iyulun 7-də Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev Baku TV internet televiziyasının “Qərbi Azərbaycan Xronikası” layihəsində iştirak etmişdir. Dos. Vəliyev proqramda doğma kəndi Toxlucanın tarixi və azərbaycanlıların Qərbi Azərbaycanda uğradığı deportasiyalardan danışaraq, bu torpaqlara qayıdışın bölgədə sülh və sabitlik üçün vacib olduğunu vurğulayıb.
Link: “Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar”