Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 940 Arxiv
XƏBƏRLƏR
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda

Departament müdiri Beynəlxalq Türk Dünyası Yay Məktəbində

Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev 2025-ci il iyunun 23-27-də İbn Haldun Universiteti və Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı və Türk Dünyasının müxtəlif universitetlərinin tərəfdaşlığı ilə keçirilmiş İkinci Beynəlxalq Türk Dünyası Yay Məktəbində mühazirəçi qismində iştirak etmişdir. Bu il yay məktəbi “Yüksələn Türk Dünyası” mövzusuna həsr olunmuşdur.

Yay məktəbinin açılış mərasimində  Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Prof. Yaşar Sarı,  İbn Haldun Universitetinin rektoru Prof. Atilla Arkan, İbn Haldun Universitetinin İdarə Heyətinin sədr müavini Necmeddin Bilal Erdoğan, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Qafqaz üzrə Baş müdir müavini Ayşe Uzer, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sadi Jafarov,  İstanbul Ticarət Universitetinin İdarə Heyətinin sədri İsrafil Kuralay, Qırğızıstan-Türkiyə Manas Universitetinin İdarə Heyətinin sədri İbrahim Çapak,  Ahmet Yesevi Universitetinin İdarə Heyətinin sədri Muhittin Şimşek, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım,  TÜRKPA-nın Baş katibi Ramil Hasan və  Türk İnvestisiya Fondunun sədri Bağhdad Amrayev və digərləri çıxış etmişlər.

27 ölkədən nümayəndələrin qatıldığı yay məktəbi çərçivəsində Türk dünyasının keçmişi, bu günü və gələcəyi siyasi, tarixi, mədəni və iqtisadi aspektlərdən geniş şəkildə müzakirə edilmişdir.

Yay məktəbinin açılışından sonra Dos. Orxan Vəliyev İbn Haldun Universitetinin rektoru Prof.  Atilla Arkan və prorektor Prof.  Özcan Erkan Akgünlə Xəzər Universiteti ilə gələcək əməkdaşlıq imkanlarına dair görüş keçirmişdir. Görüş zamanı Dos. Vəliyev rektor Prof. Arkana 29-30 may 2025-ci il tarixində Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə keçirilmiş “Xəzər Universiteti Forumu - 2025”-ə verdikləri dəstəyə görə təşəkkürünü ifadə etmişdir. Görüşün sonunda Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlının adından rektor  Atilla Arkana hədiyyə təqdim olunmuş, prorektor Özcan Erkan Akgünə isə  Hamlet İsaxanlının “Xəzərin sorağında” və “Qarabağ düyümü” kitabları hədiyyə edilmişdir.

Yay məktəbinin növbəti dörd günü ərzində müxtəlif mövzularda mühazirələr, interaktiv müzakirələr və kitab təqdimatları keçirilmişdir. İkinci dəfə yay məktəbinə dəvət alan Orxan Vəliyev “Türk Dövlətləri Təşkilatı və Birlik Axtarışı” mövzusunda mühazirə ilə çıxış etmişdir. O, çıxışında təşkilatın ortaq mədəniyyət və kimliyin formalaşmasındakı roluna diqqət çəkmiş, ortaq kimliyin inşası üçün hər bir üzv dövlətin əvvəlcə öz daxilində milli kimlik quruculuğunu tamamlamalı olduğunu bildirmişdir. Mühazirədə üzv dövlətlərin milli kimliklərini uğurla formalaşdırdıqdan sonra ortaq Türk (Turkic) kimliyinin və mədəniyyətinin qurulmasının mümkünlüyü önə çəkilmişdir.

Yay məktəbi  iyunun 27-də  mühazirəçilər və iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşmışdır.

Keçid: https://www.ihu.edu.tr/tr/yukselen-turk-dunyasi-temali-turk-dunyasi-yaz-okulu-basladi

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026