Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1007 Arxiv
XƏBƏRLƏR
11 Noyabr, 2026Rektor Raziyə İsayeva Tsinghua Universitetinin nümayəndələri ilə görüş keçirib
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
11 Noyabr, 2026Xəzər Xəbər” jurnalının oktyabr nömrəsi çapdan çıxıb
11 Noyabr, 2026Yubiley təbriki
11 Noyabr, 2026Xəzər Universitetinin müəllimi elmi konfransda məruzə ilə çıxış edib  

Yeni dərs ili başladı

Xəzər Universitetində 2026 – 2027- ci tədris ilinin başlanması tədbirləri ötən illərdən fərqli olaraq, bu dəfə üç gün oldu – 14, 15 və 16 sentyabr günlərində.

Yeni tədris ilinin başlanması münasibətilə “Xəzər”də ilk təntənəli açılış mərasimi sentyabrın 14 - də keçirildi. Mərasimdə universitet rəhbərliyi, fakültə dekanları, departament rəhbərləri, əməkdaşlar, universitetə yeni qəbul olunmuş tələbələr və onların valideynləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verildi. Həm yeni dərs ili münasibətilə universitet kollektivini, həm də  universitetə yeni qəbul olunan tələbələri və onların valideynlərini təbrik edən, gələcək təhsil illərində uğurlar arzulayan Hamlet İsaxanlı xüsusi vurğuladı ki, “Xəzər”in keçdiyi möhtəşəm inkişaf yolu, beynəlxalq əlaqələri, həmçinin, bir çox digər vacib amillər, şübhəsiz, bizim universitetin seçilməyində əhəmiyyətli rol oynayıb. H. İsaxanlı əmin olduğunu bildirdi ki, yeni tələbələr mövcud ənənələri layiqincə davam etdirib, böyük məsuliyyətlə çalışacaq, göstərilən etimadı gərəyincə doğruldacaqlar.

Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva da çıxışında universitetə yeni qəbul olunan tələbələri və onların valideynlərini təbrik edərək, hər birinə uğurlu təhsil illəri arzuladı.

Xəzər Universitetində yeniliyin və gələcəyin simvolu kimi daha bir texnoloji addım təqdim olundu. Süni intellekt və robot texnologiyalarının imkanlarını bir araya gətirən robotlar yalnız texnoloji yeniliyi deyil, həm də “Xəzər”in elmə, innovasiyaya və gələcəyin təhsilinə verdiyi önəmi ifadə edir.Gələcəyin texnologiyasını iştirakçılarla tanış etmək üçün robotlar Aslan və Toplan səhnəyə dəvət olundular.

Sözləri Hamlet İsaxanlıya, musiqisi Ramiz Mustafayevə məxsus olan “Xəzərin valsı”və universitetin rəqs ansamblının bir rəqs nömrəsi  təqdim edildi.

Yeni tələbələrin akademik həyatında müəllimlərin, dekanların və universitetin bütün əməkdaşlarının dəstəyi mühüm rol oynayır. Xəzər Universitetinin akademik heyəti adından tələbələrə müraciət etmək üçün söz Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasovaya verildi.

Humanitar, təhsil və sosial elmlər fakültəsinin 600 baldan yuxarı bal toplayan tələbələri - Nuray Muradlı, Səmra Cəfərli, Gülər Həmzəyeva, Sara Əliyeva və Elməddin Həsənzadə hədiyyələrin və tələbə biletlərinin təqdim olunması üçün səhnəyə dəvət olundular.

Sonra 44 günlük Vətən  müharibəsi  şəhidi Emin Əmrahovun “Xəzər”in tələbəsi adını qazanmış qızı Zərda Əmrahova iştirakçılara təqdim edildi.

Sonda birinci kurs tələbələri birlikdə tələbə andı içdilər.

Gün ərzində yeni tədris ilinin açılışına həsr olunmuş tədbirlər davam etdirildi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, “Xəzər”in rektoru, həmçinin, 1999 – 2002 – ci illər məzunu Dr. Raziyə İsayeva tələbələrə və iştirakçılara xoş arzularını bildirdilər.

Xəzər Universitetinin akademik heyəti adından tələbələrə müraciət etmək üçün söz Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinovaya verildi.

Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin Kliniki psixologiya ixtisasında təhsil alan, fakültə üzrə ən yüksək ÜOMG- si olan sonuncu kurs tələbəsi Nuranə Mikayılova yeni qəbul olunmuş tələbələrə öz təcrübəsindən danışdı və tövsiyələrini çatdırdı.

Günün çıxışları İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin birincı kurs tələbələri adından bu il ən yüksək balla Maliyyə menecmenti ixtisasına qəbul olunan Fərid Hacızadınin ürək sözləri ilə yekunlaşdı.

Sentyabrın 15- də və 16- da da yeni tədris ilinin açılış tədbirləri davam etdirildi. Bütün tədbirlərdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, “Xəzər”in rektoru Dr.Raziyə İsayeva, eləcə də fakültə, departament rəhbərləri birinci kurs tələbələrini təbrik edib xoş arzularını bildirdilər və uğurlar arzuladılar.

Bu gün keçirilən tədbirlərdə daha iki şəhid övladı – Vətən uğrunda canını fəda etmiş Ruslan Rəhimovun oğlu Elmir Rəhimzadə və erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış polkovnik- leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov qürur və iftixar hissi ilə iştirakçılara təqdim olundular. Şübhəsiz, Xəzər Universiteti kimi şöhrətli bir təhsil ocağının tələbəsi adını qazanmaları ilə həm Elmir, həm də Ramaldan qəhrəman atalarının ruhlarını şad ediblər.

Maraqlı məqamlardan biri də Xaçmaz rayon Hacıəlibəy kənd tam orta məktəbinin müəllimi Sveta Ağayevanın mərasimə qatılması oldu. O, “Xəzər”in Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunmuş şagirdi Aysel Kərimovanı təbrik etmək üçün gəlmişdi. 

Sentyabrın 16- da Hasvet baytarlıq təbabəti fakültəsində keçirilən tədbir də müəyyən özəllikləri ilə seçildi. 617 balla bu fakültəyə daxil olan Xaliq Zeynallının hədiyyəsini, ağ xalatını və tələbə biletini Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva təqdim etdi. Sonra fakültənin tələbələri üçün ağ xalat geyindirmə mərasimi başlandı.

Daha sonra isə Xəzər Universitetinin akademik ənənələrinin və dəyərlərinin yeni tələbə nəslinə ötürülməsini ifadə edən simvolik “Xəzər yolçuluğu” mərasimi oldu. Yuxarı kurs tələbəsi Yeganə Bahadırova universitetin simvolunu – xüsusi hazırlanmış “Xəzər” nişanı”nı və “Xəzər”in tarixini daha dərindən öyrənmək üçün Hamlet İsaxanlının “Xəzərin sorağında” kitabını birinci kurs tələbəsi Xaliq Zeynallıya təqdim etdi.

Bəli, Xəzər Universiteti yeni tədris ilinə böyük məqsədlər, yeni təşəbbüslər və gələcəyə inamla başlayır.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026