Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1124 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Tələbələr üçün beynəlxalq seminar: “Türkdilli Dövlətlər Sammiti”ndən Türk dövlətlərinin birliyinə

2024-cü il dekabrın 4-də Xəzər Universitetinin Nərimanov kampusunda Türk dünyasının birliyinə gətitrib çıxaran inkişaf yoluna aid beynəlxalq elmi seminar keçirildi. Tədbir Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşəbbüsü ilə təşkil olunmuşdu.

Seminarın açılışını institutun koordinatoru, Dos. Aynur Qəzənfərqızı etdi. O, Türk Dövlətləri Təşkilatının (TDT) keçdiyi tarixi yoldan bəhs etdi. Təşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş ilk toplantısının “Türkdilli Dövlətlər Sammiti” adlandırılmasının tarixi və siyasi mühitin təsiri ilə olduğunu vurğuladı və müasir günümüzdə TDT-nin yaranmasının ciddi siyasi təsir və təzyiq ilə əmələ gəldiyini bildirdi. Sonra A. Qəzənfərqızı tədbirin məruzəçilərini tələbələrə təqdim edərək, sözü onlara verdi.

İlk məruzəçi Qazaxıstanın Əl-Fərabi Universitetinin görkəmli alimi, folklorşünas professor Anarbay Buldubayev oldu. O, “Qazax-Azərbaycan folklorunda ortaq süjetlər” mövzusunda qazax dilində çıxış edərək, iki xalqın folklorunda rast gəlinən mədəni bağları və ortaq motivləri geniş izah etdi.

Pamukkale Universitetinin (Türkiyə) Sosial insan və toplum elmləri fakültəsi Türkologiya bölümünün rəhbəri professor Turgut Tok “Türkcənin coğrafiyası” adlı məruzəsi ilə Türk dilinin geniş yayılma arealını və tarixi inkişafını ətraflı nəzərə çatdırdı. Məruzədə Türk dünyasının dil baxımından keçmişi, bu günü və gələcəyi ilə bağlı əhəmiyyətli məsələlər vurğulandı.

Seminarda albaniyalı tədqiqatçı, “Albaniya-Azərbaycan Dostluq Dərnəyi”nin sədri Entela Muço “Azərbaycan-Albaniya əlaqələrinin tarixi” mövzusunda məruzə edərək, hər iki xalq arasındakı tarixi və mədəni əlaqələrdən danışdı. Bu mövzu tələbələr üçün xüsusilə maraqlı idi, çünki onlar Azərbaycanla uzaq ərazilərdə yaşayan xalqlar arasındakı bağlarla yaxından tanış olmaq imkanı qazandılar.

Son məruzəçi Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, aşıq sənətinə dair yeni yanaşmaları ilə tanınan dosent Nazir Əhmədli idi. O, “Azərbaycan türkcəsi haqqında”  məruzəsində Azərbaycan türkcəsinin zəngin lüğət fondu və tarixi inkişafı haqqında ətraflı danışaraq, mövzunun əhəmiyyətini vurğuladı.

Seminarın sonunda dosent Aynur Qəzənfərqızı məruzəçilərə təşəkkür edərək, bu cür elmi tədbirlərin Türk xalqlarının birliyinin güclənməsinə xidmət etdiyini söylədi.

 Seminarın sonunda tələbələrin sualları cavablandırıldı, fəal müzakirələr aparıldı.

 

Aydan Nəsirli

Xəzər Universiteti, Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası, II kurs

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026