2023-cü il sentyabrın 27-də Hüseyn Cavidin ev muzeyində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri də iştirak etmişdir. Tələbələrə ədəbi hadisə olan Azərbaycan romantizminin tipologiyası, onun ayrı-ayrı nümayəndələrinin bədii təcrübəsi haqqında geniş məlumat verilmişdir.