Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4398 Arxiv
XƏBƏRLƏR
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
21 İyul, 2026Müəllim və tələbələr  beynəlxalq elmi konfransda
20 İyul, 2026“Xəzər”in tələbəsi beynəlxalq karate turnirində  
20 İyul, 2026Tarix və arxeologiya departamentinin müəllimi elmi-praktiki konfransda
14 İyul, 2026Psixologiya departamentinin əməkdaşı maarifləndirici seminarda
14 İyul, 2026Departament əməkdaşı müsahibə verib
14 İyul, 2026Xəzər Universitetinin KDI komandası “Milli Energetik Materialların İnkişafı Proqramı”nda mühüm uğur qazanıb

Professor, akademik Hamlet İsaxanlıya təbrik məktubu

Hamlet İsaxanlı – 75

Hörmətli Hamlet müəllim!

Sizi - tanınmış yazıçı və alimi 75 illiyiniz münasibətilə təbrik edirik. 

Siz 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib, Bakı Dövlət Universitetinin (indiki BDU-nun) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1970-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmisiniz. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin aspiranturasına oxumağa göndərilmiş, 1973-cü ildə dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almısınız. 

1973-1983-cü illər ərzində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ.Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Bakı Dövlət Universitetində çalışmış, elmi-tədqiqatla və pedaqoji işlə məşğul olmusunuz. Sonra Azərbaycan Dövlət Neft Akademiyası və Leninqrad Maliyyə və İqtisad İnstitutunun Bakı filialında professor və kafedra müdiri kimi fəaliyyət göstərmisiniz. 

Keçmiş SSRİ, ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrin nüfuzlu elmi jurnal və məcmuələrində elmi-tədqiqat əsərləriniz dərc olunub. 1983-cü ildə Moskvada SSRİ Elmlər Akademiyası V.İ.Steklov adına Riyaziyyat İnstitutunda "Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri" mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almısınız; bir qədər sonra professor adına layiq görülmüsünüz. 

1991-ci ildə Azərbaycanda ingilisdilli universitetin yaranmasına təşəbbüs göstərmiş, 1991-ci ildə rəsmi status alan bu ali məktəbi təsis etmiş, Azərbaycanın ilk özəl universitetinin qurucu rektoru olaraq fəaliyyətə başlamısınız. Bir qədər sonra yeni – Xəzər Universiteti adını alan bu elm, təhsil və mədəniyyət ocağı Azərbaycanın dünyada tanınan universitetlərindən birinə çevrilmişdir. 

Siz müasir çoxparametrli spektral nəzəriyyənin yaradıcılarından biri sayılırsınız. Riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı kimi adınız elm tarixinə düşmüşdür. 

Siz Azərbaycanda və onun hüdudlarından kənarda təkcə alim və elm-təhsil təşkilatçısı kimi deyil, həm də şair, yazıçı kimi də tanınırsınız. Gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmisiniz. Azərbaycanda, Rusiyada, Çində, İranda, Türkiyədə, Gürcüstanda, Pakistanda, Finlandiyada və digər ölkələrdə şeir kitablarınız nəşr olunmuşdur. Şeirləriniz rus, ingilis, Çin, gürcü, eston, finland, türk və digər dillərə tərcümə olunmuşdur. 

Yaradıcılığınıza tərcümə işi də daxildir. V.A.Jukovski, F.Baratinski, F.İ.Tütçev, A.Fet, S.Yesenin, N.Qumilyov, A.Axmatova, A.Axundova, C.Q.Bayron, V.Bleyk, R.Herrik və G.De Nerval kimi rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan dilinə çevirmisiniz. 

Şeirlərinizə xeyli sayda musiqi bəstələnmişdir. 

Ədəbi ictimaiyyətin maraqla qarşıladığı "Təzadlar", "Bu da bir həyatdı", "Dördlüklər", "Ziyarət", "Şeirə dönən duyğular" (Təbriz), "Təzadlar" (Təbriz), "Bu da bir həyatdı" (Təbriz), "Sitotxlis Poezia" (gürcü dilində), "İntellekt" (Tbilisi), "Təzadlar" və "Bu da bir həyatdı" (Çin dilində), "Compilation & Translation Press" (Pekin) kitablarının müəllifisiniz. 

Ədəbi və elmi uğurlarınız "Yusif Məmmədəliyev", "Qızıl Qələm", "Səməd Vurğun", "Zahid Xəlilov", "Cəfər Cabbarlı" mükafatlarına, "Milli Türklüyə xidmət" ödülünə, TÜRKSOY medalına layiq görülmüsünüz. 

Hörmətli Hamlet müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

“Ədəbiyyat qəzeti”, 4 mart 2023-cü il 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026