Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2025-ci il mayın 19-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında keçirilən, bəstəkar Tahir Əkbərin xatirəsinə həsr olunmuş “Nostalji Axşam” adlı konsertdə iştirak edib. Konsertdə tanınmış musiqiçilər xalq artistləri Azər Zeynalov, Gülyanaq Məmmədova və əməkldar artist Firuzə İbadova Tahir Əkbərin Hamlet İsaxanlının sözlərinə bəstələdiyi dörd mahnını ifa ediblər.