Xəzər Universitetinin yeni loqosu təsdiq edilib. Yeni loqo 2021-ci il iyulun 15-də Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində universitetin strateji inkişaf məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunmuş və təqdimatı keçirilmişdir.
Buna müvafiq olaraq 2021-ci il sentyabrın 1-dən etibarən Xəzər Universitetində bütün kargüzarlıq işlərində və çap məhsullarında yeni loqo tətbiq ediləcək. Eyni zamanda, Xəzər Universiteti ilə əlaqədar təşkilat və tərəfdaş universitetlərdən həmin müddətdən etibarən universitetin yeni loqosundan istifadə etmək xahiş olunur.