Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev 2026-cı il martın 24- də AnewZ kanalında Nadia Gyane'nin “Ermənistan seçkiləri: müxalifət Paşinyana meydan oxuyur” (Armenia election: opposition challenges Pashinyan) mövzusunda verilşinin qonağı olub.
Dos.O. Vəliyev çıxışında bildirib ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ölkədaxili siyasi vəziyyət baxımından mühüm əhəmiyyət daşıyır. Seçkiqabağı müzakirələrdə əsas mövzulardan biri Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülən sülh gündəliyidir. Departament müdiri vurğulayıb ki, bu yanaşma Azərbaycan ilə mövcud münasibətlərin qorunub saxlanmasına və regionda sabitliyin təmin edilməsinə yönəlib. Hazırkı hakimiyyətin radikal millətçilikdən uzaqlaşmağa çalışması Ermənistan cəmiyyətinin gələcəyi baxımından müsbət tendensiya kimi qiymətləndirilə bilər.