2021-ci il yanvarın 20-21-də Xəzər Universiteti Türkiyə və Pakistan Universitetləri ilə birgə təşkil etdiyi “International Conference on English Language, Linguistics and Literature” adlı beynəlxalq konfransı baş tutdu. Konfrans çərçivəsində İngilis dili və Ədəbiyyatı Departamenti konfransın təşkilati komitəsinin üzvü, tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova isə konfrans sessiyasının aparıcısı kimi yer almışdır. Bundan əlavə departamentin əməkdaşları və magistr tələbələri konfrans məqalələrini uğurla təqdim etmiş və eyni zamanda dinləyici kimi iştirak etmişdilər.