2017-ci il iyunun 3-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə Təhsil fakültəsi coğrafiya müəllimliyi ixtisasının tələbələri üçün şəhərsalma və hidrologiya fənləri üzrə İsmayıllı rayonunda ekskursiya təşkil edildi. Hidrologiya fənni üzrə Girdimançayın axım formaları təhlil edildi və Lahıc qəsəbəsinin su sistemi ilə tanış olundu. Şəhərsalma fənnindən isə Qədim Lahıc qəsəbəsinin planı öyrənildi.