2016-cı il dekabrın 17-də ADA Universitetində “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı forum keçirildi. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, AMEA-nın prezidenti Akif Əlizadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, eləcə də, digər ali təhsil müəssisələrinin rəhbərləri, xaricdə təhsil almış magistr və doktorant məzunlar iştirak edirdilər.
Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə də Dövlət Proqramının məzunu kimi çıxış etdi. O, öz çıxışında hazırkı çətinliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün tədbirin önəmini xüsusi qeyd etmişdir.
Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar: