Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2242 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

“Xəzər Humanitar və Sosial Elmlər” (Khazar Journal of Humanities and Social Sciences) jurnalı beynəlxalq mükafata layiq görüldü

2016-cı il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science-2016” mükafatlarının təqdimetmə mərasimi keçirildi. Xəzər Universitetini bu tədbirdə universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı və “Xəzər Humanitar və Sosial Elmlər” (Khazar Journal of Humanities and Social Sciences) jurnalının redaktor müavini Xəyalə Məmmədova təmsil edirdilər.

Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib edilmişdir. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılmışdır.

“Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin Bakıda elmi ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşün təmsil etdiyi qurum üçün böyük əhəmiyyət daşıdığını söylədi. O, tədbirin təşkilinə dəstək göstərən hər kəsə “Thomson Reuters” şirkəti adından minnətdarlığını bildirdi.

O.Utkin: “Bu, Azərbaycanın elmi təşkilatları, elm xadimləri ilə keçirdiyimiz ilk tədbirdir. Belə görüşlərin davamlı olacağına ümid edirik. Azərbaycanın elm adamlarının “Thomson Reuters”-in resurslarına yol tapması bizim üçün çox vacibdir. Bu resursların sizə müxtəlif istiqamətlərdə xidmət edəcəyinə ümidvarıq”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda elmin, təhsilin inkişafından, bu istiqamətdə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən söz açdı. Azərbaycan alimlərinin uğurlarından danışan nazir müavini son illər elm adamlarımızın reytinqinin yüksəldiyini, onların elmi məqalələrinə 1500-dən çox istinadın olduğunu diqqətə çatdırdı. Dünya elminə inteqrasiya üçün xarici dil bilməyin əhəmiyyətini qeyd edən C.Bayramov Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə xarici dillərin tədrisi, eyni zamanda, xarici dillərdə bir sıra ixtisaslaşmalarda tədrisin təşkili məsələsinin daim diqqət mərkəzində olduğunu söylədi. Bu istiqamətdə aparılan işlərin prioritet istiqaməti olaraq qarşıya qoyuan mühüm hədəf kimi bütün ali təhsil müəssisələrinin laboratoriya bazalarının yenilənməsini, müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədqiqatların aparılması üçün müasir laboratoriyalarla təchiz edilməsi səviyyəsinin yaxsılaşdırılmasının vacib məsələ olduğunu qeyd etdi. O, bu sahədə ali məktəblərin, AMEA-nın institutlarının və bir sıra sənaye müəssisələrinin birgə fəaliyyəti nəticəsində qısa vaxtda yüksək nəticələr əldə edilə biləcəyini vurğuladı. C.Bayramov yaxın vaxtlarda həmkar təşkilatlara bu istiqamətdə bir sıra təkliflər təqdim ediləcəyini və bunun ümumi işə çox müsbət təsir göstərəcəyini dedi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Thomson Reuters” şirkətinin əməkdaşlığından, alimlərimizin məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmasından və bu yazılara istinadların ildən-ilə çoxalmasından danışdı. Jurnal redaktorları üçün keçiriləcək seminarın əhəmiyyətini qeyd edən akademik ölkədə nəşr olunan beynəlxalq elmi jurnalların sayının artacağına əminliyini bildirdi.

Sonra beynəlxalq meyarlar əsas götürülməklə, ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırıldılar.

“Thomson Reuters” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu nominasiyalar üzrə mükafatları sahiblərinə təqdim etdilər. Xəzər Universitetində nəşri olunan “Xəzər Humanitar və Sosial Elmlər jurnalı” (Khazar Journal of Humanities and Social Sciences) “Yeni elm şəbəkəsi (Web of Science) jurnalı” nominasiyası üzrə qalib mükafata layiq görüldü.

Elmin İnkişaf fondunun icraçı direktoru mükafata layiq görülənləri təbrik etdi, onlara Azərbaycan elminin inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayaraq, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunacağına əminliyini bildirdi.

Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktor və redaktor müavinləri üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirildi. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparıldı. 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026