2016-cı il noyabrın 8-də Gənclər və İdman Nazirliyinin bir qrup əməkdaşı Xəzər Universitetində Dünya Robot Olimpiadasına hazırlıq üzrə təqdimat keçirdi. Elektronika departamentinin müdiri Nuru Səfərov təqdimatı giriş sözü ilə açaraq, görüşün əhəmiyyətindən danışdı. Nazirlik əməkdaşları çıxış edərək, bildirmişdir ki, olimpiadaların keçirilməsində məqsəd gənclərin İKT və elmi biliklərinin inkişafına dəstək vermək, yaradıcılıq potensialını üzə çıxarmaq və ətrafda mövcud olan problemlərin “robotik” həllərini tapmağa sövq etməkdir.