Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2444 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

Xəzər Universitetinin müəlliminin redaktorluğu ilə iki kitab nəşr olundu

Bu günlərdə Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlının redaktorluğu ilə iki kitab nəşr edilmişdir.

“Zəkioğlu” nəşriyyatında Xaqani Əliyevin müəllifliyi ilə işıq üzü görən iri həcmli (1068 səh.) “İngiliscə-Azərbaycanca əhatəli lüğət” (elmi rəyçi: prof. N.Məmmədli, elmi redaktor: Q.Əzizxanlı) kitabı ilk növbədə tərcümə fakültəsində oxuyan tələbələrə, tərcüməçilərə, eyni zamanda, tərcüməçiliyi özünə ikinci peşə seçmiş mütəxəssislərə ünvanlanmışdır. Bu sahə ilə maraqlananların istifadəsinə verilən lüğət təqribən 150 000 söz və söz birləşməsindən ibarətdir. Tərtibçi müəllif lüğətin tərtib prinsipləri bərədə kitaba ön söz yazmışdır. Kitabda qeyd edilir ki, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə çeşidli lüğətlər olsa da, xüsusi mövzuları, sahə terminlərini özündə əks etdirən lüğətlərin çatışmazlığı özünü göstərir. Sözügedən lüğət bu çatışmazlığı aradan qaldırmağa yardımçı olacaq. Belə ki, hazırkı nəşr kənd təsərrüfatı, incəsənət, təhsil, mədəniyyət, aviasiya, xalçaçılıq, kino, kulinariya, idiomlar, evfemizmlər, gömrük, diplomatik əlaqələr, seçkilər, elektroenergetika, fövqəladə hallar, ətraf mühit, atçılıq, maliyyə, balıqlar, quşlar, güllər, futbol, həndəsə, zərgərlik, səhiyyə, kəşfiyyat, hərbi, QHT, işgəncə, din, baytarlıq, neft-qaz və s. daxil olmaqla 60-dan artıq mövzunu əhatə edir.

Məmməd Arazın “Qarabağ simfoniyası” kitabını isə “Elm və təhsil” (Bakı, 2016. 516 səh.) nəşriyyatı oxuculara təqdim etmişdir. Kitabda Azərbaycanın tanınmış şairinin vətəndaş mövqeyini əks etdirən publisistikası, qələm yoldaşları haqqında məqalələri, həmçinin, indiyədək çap edilməmiş müsahibə və ssenariləri toplanmışdır.

“Bu kitab tanıdığımız, sevdiyimiz şair Məmməd Arazı bizə həm də başqa yöndən – təkcə bu yurdun, vətənin deyil, həm də dünyamızın əsl məcnunu olan bir dünya vətəndaşını tanıdır... Təkcə bir quş başı üzənin daş-qalaq olunmasını tələb edən bəşərin gözü qabağında, dilimizə yenidən “qaçqın”, “didərgin” kəlmələrinin qayıtması, özü də əsrin, zamanın, sivilizasiyanın belə bir inkişafı mərhələsində qayıtması ücün haray çəkmir, həm də “yatmışları, batmışları” oyatmağa çalışaraq, “Bəşəri sivilizasiyanın ilk cığırı təbiətdən başlayır,” –deyərək, haray çəkən vətəndaş Məmməd Araz elə şair Məmməd Araz qədər yaşayacaq, –deyə kitaba yazılmış ön sözdə qeyd edilir.

Kitabın tərtibçisi Gülxanım Fətəliqızı, redaktorları Qardaşxan Əzizxanlı və Nurlan Umuddur.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026