Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 7308 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

Binəqədi Rayon İcra Hakimiyyəti və “Dünya” məktəbi Müəllimlər Gününü qeyd etdi

2016-cı il oktyabrın 4-də 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Dünya” məktəbinin konfrans salonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi və “Dünya” məktəbinin birlikdə hazırladığı bayram tədbiri keçirildi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Bakı Baş Təhsil İdarəsinin rəisinin müavini Hüseyn Əsgərov, Binəqədi rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, Azərbaycanın teatr və kino aktyoru, xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov, “Dünya” məktəbinin kollektivi, Binəqədi Rayonunda fəaliyyət göstərən məktəb və bağçaların müəllim-rəhbər heyəti, Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak edirdilər.

Tədbirdə təbriklə çıxış edən professor Hamlet İsaxanlı bu gün Azərbaycanda böyük müəllim ordusunun yarandığını qeyd etdi. Natiq bildirdi ki, demək olar ki, hər ailədə müəllim var və hər ailə müəllim-şagirdlərlə bağlıdır. Müəllimin cəmiyyət həyatında mühüm rolundan bəhs edən professor İsaxanlı müəllimliyin dünyada ən şərəfli vəzifə olduğunu, bu gün dünyanın hər yerində müəllimlərə xüsusi qayğı göstərildiyini, ölkəmizdə də müəllimlərin rifahının daha da yaxşılaşdırılması üçün xüsusi tədbirlər planı hazırlandığını qeyd etdi.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək, qeyd etdi ki, bu gün respublikada təhsil işçilərinin normal şəraitdə işləməsi, onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür. O, həmçinin bildirdi ki, harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hamı müəllimlərə qayğı və diqqət göstərməlidir.

Tədbirdə müəllimləri təbrik edən Bakı Baş Təhsil İdarəsinin rəisinin müavini Hüseyn Əsgərov bildirdi ki, hər şeyin elmə-təhsilə söykəndiyi indiki dünyada Azərbaycan dövlətinin gücü, qüdrəti müəllimlərin gücündə və qüdrətindədir. O, eyni zamanda, bu gün Azərbaycanda gözəl və güclü müəllim ordusunun formalaşdığını da vurğuladı.

Xalq artisti Hacı İsmayılovun çıxışı iştirakçılar üçün unudulmaz oldu. Aktyor oynadığı müəllim rolları haqqında danışdı, orta məktəb illərini xatırladı, bütün cəmiyyətimizə, xalqımıza birlik arzuladı. Çıxışının sonunda müəllimləri təbrik edən natiq onların qarşısında baş əydi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Aygün Əliyeva vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.

Müəllimlər Günü münasibətilə keçirilən tədbiri Xəzər Universitetinin Kamera orkestri özünün klassik musiqi ifaları ilə bəzədi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026