İyunun 30-da universitetin İngilis dili və ədəbiyyatı departamentində magistratura tələbəsi Aydan Kərimovanın “Dilçilikdə frazeloji birləşmələrin analizi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Tədqiqat işi universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyevin rəhbərliyi ilə yernə yetirilmişdir.
İddiaçı A. Kərimova dissertasiyasını Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının müdiri, fəlsəfə doktoru Bəylər Hacıyevin sədrlik etdiyi Müdafiə şurasına təqdim etmiş, şura üzvlərinin suallarını cavablandırmışdır. İş müsbət qiymətləndirilmişdir.