İDARƏ HAQQINDA {print}
Ünvan

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508  nömrəli otaqlar

AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

Tel.

(+994 12) 4926531, 4976946, 4972128, 4925945, 4928448, 5393060

Faks (+994 12) 4926670 
Elektron poçtu etbi@science.az
İdarənin rəisi

Əminağa Bəhmən oğlu Sadıqov

AMEA-nın müxbir üzvü, professor 

Tel.: (+994 12) 4926670, 4926531

Mob. tel.: (+994 50) 6790418

E-mail: aminaga.sadigov@gmail.com

Rəis müavini

Vüqar Məmməd oğlu Haqverdiyev

Tel.: (+994 12) 4925945

etbi@science.az, hagverdiev@box.az

Rəis müavini

Hüseyn Cəlil oğlu Hüseynov

Texnika üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+994 12) 4972128 ; Моb.: (+994 50) 3233732

E-poçt: etbi@science.az, huseyn-1978@mail.ru,

Baş mütəxəssis

Nuray Seyfulla qızı Nurizadə 

Tel.: (+994 12) 4926531

İdarənin fəaliyyət istiqamətləri

Elm və təhsil idarəsinin fəaliyyətinin əsas məqsədi AMEA-nın elmi müəssisə və təşkilatlarında elm və innovasiya sahəsində idarəetmə sistemini və elmi tədqiqat işlərinin təşkilini təkmilləşdirmək, müvafiq elm sahələri üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təşkil etmək, cəmiyyətdə elmin və təhsilin rolunu və nüfuzunu artırmaq, elmi və elmi-texniki potensialı inkişaf etdirməkdir.İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • Azərbaycanda elm, təhsil və innovasiya sahəsində siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • elmi fəaliyyətin təşkilinin və idarə edilməsinin mütərəqqi forma və metodlarını öyrənmək, onların AMEA-da və Azərbaycan Respublikasının digər elm və ali təhsil müəssisələrində tətbiq olunmasına dair təkliflər hazırlamaq;
  • elmi tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi ilə bağlı elmi-təşkilati işləri həyata keçirmək;
  • dünyada elm, təhsil və innovasiya sahəsindəki meylləri öyrənmək, onların analitik təhlilini aparmaq və müvafiq tövsiyələri hazırlamaq;
  • AMEA-da aparılan elmi tədqiqatların yekunları üzrə hesabatların aparılmasını təşkil etmək, AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarını təhlil etmək və bu təhlil əsasında aralıq və illik hesabatları hazırlamaq;
  • elmi tədqiqat işlərinin müsabiqə əsasında seçilməsini təşkil etmək, onların məqsədli maliyyələşdirilməsi üzrə təklifləri hazırlamaq;
  • elmi əməyin stimullaşdırılması ilə bağlı tədbirlər planını və layihələri işləyib hazırlamaq və həyata keçirmək;
  • öz səlahiyyətləri daxilində AMEA Rəyasət Heyətinin aparatının digər aidiyyəti struktur bölmələri ilə birgə müvafiq normativ hüquqi sənədləri hazırlamaq;
  • AMEA-nın elmi müəssisə və təşkilatlarının, müvafiq elmi bölmələrinin təkliflərinə əsasən magistratura, doktorantura və dissertantlıq yolu ilə AMEA üzrə elmi kadrların hazırlanmasına aid ümumi planı hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
  • magistratura, doktorantura və dissertanturaya qəbulla bağlı metodiki və praktiki təminatı həyata keçirmək;
  • magistr, doktorant və dissertantların işlərinin səmərəliliyinin artırılması və uğurla aparılmasına şəraitin yaradılması üçün tədbirlər görmək;
  • müvafiq nazirliklər və digər orqanlarla birlikdə magistratura, doktorantura və dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində dövlətlərarası və müəssisələrarası proqram və layihələrin hazırlanmasında iştirak etmək.

İdarəyə daxil olan şöbələr: