2019-cu il dekabrın 23-27-də “Grandmaster” Şahmat klubunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Bakı şəhəri üzrə təsnifat turniri keçirildi.
Bu turnirdə “Dünya” məktəbinin şagirdləri uğurla çıxış edərək, iki medalla təltif olundular. 2-ci dərəcə uğrunda yarışlarda rus bölməsinin 2-ci sinif şagirdi Raul Mansurov II yerə, IB bölməsinin 5-ci sinif şagirdi Yusif Şükürlü isə III yerə layiq görüldülər. Bununla da Raul və Yusif II dərəcə normasını yerinə yetirmiş oldular.