2019-cu il mayın 27-də Bolqarıstanın Plovdiv Universitetinin nümayəndəsi dosent Plamen Slavov və Bolqarıstanın Azərbaycandakı səfiri cənab Nikolay Yankov Xəzər Universitetində oldular.
Görüşün məqsədi Plovdiv Universiteti və Xəzər Universiteti arasında ikili diplom proqramlarının qurulması, doktorantura tezislərinə elmi rəhbərlik, akademik heyət və tələbə mübadiləsi kimi mümkün əməkdaşlıq sahələrini müzakirə etmək idi.
Görüşdə Xəzər Universitetinin əməkdaşlarından Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev; İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov; Tarix və arxealogiya departamentinin müdiri Dr. Roza Arazova; Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev iştirak edirdilər.