2017-ci il aprelin 17-ində Xəzər Universiteti “Neftçilər” korpusunda “İctimai danışıq” mövzusunda seminar keçirildi. Seminarın qonağı Amerikanın Georgetown Universitetinin professoru Dr. Sam Potolicchio idi.
Humanitar və sosial elmlər fakültəsinin tələbələrinin iştirakı ilə gerçəkləşən bir saatlıq seminarda iştirakçılara effektiv ictimai danışığın sirləri, siyasi kommunikasiya və nitq öncəsi həyəcanın qarşısının alması yolları haqqında danışıldı.
Seminar ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Xəzər Universiteti Peşə İnkişaf Mərkəzi və Beynəlxalq Əlaqələr Ofisi tərəfindən təşkil olunmuşdu.
Çıxışın ardınca Dr. Potolicchio universitetin rektoru Dr. Hassan Niknafs ilə görüşdü.