Xəbərlər

Tələbələr yoqa təliminə qoşuldular

    2018-ci il oktyabrın 28-də Xəzər Universitetinin tələbələri aralıq imtahanından əvvəl Dədə Qorqud parkına toplaşaraq peşəkaryoqa təlimçisi Bəxtiyar Sadıxovun rəhbərliyi ilə yoqa-meditasiya sessiyasına qatıldılar. Universitetin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkil etdiyi imtahandan öncə tələbələri ruhlandırmaq və sağlam məşğuliyyətlər təbliq etmək məqsədi daşıyan, yoqa sessiyasına tələbələr maraq göstərdilər və aktiv iştirak etdilər. Tələbələrin təliminə ətrafda istirahət edən insanlar da qoşuldular.


    “Səssiz filmim: Mən və aynam” seminarı təşkil olundu

      2018-ci il noyabrın 12-də Xəzər Universitetinin Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru psixoloq Mələk Kərimova Azərbaycan İlahiyyat İnstitutunun dəvəti ilə “Səssiz filmim: Mən və aynam” seminarını təşkil etdi. Təlimdə məqsəd gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrində rol oynayan amilləri şərh etmək, şəxsin daxili dünyasında etdiyi səssiz söhbətlərin onların istək və motivasiyalarına necə təsir etdiyi göstərməkdir. Təlim gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanıyaraq, daxili potensiallarını ortaya çıxarma yolları üzərində dayanma, problemi həll etmə bacarıqlarına fokuslanmışdır.

      Tədbir interaktiv şəkildə davam etdirildi. Təlimdən məmnun qalan tələbə və müəllim heyəti Xəzər Universiteti ilə qarşılıqlı əməkdaşlıqdan məmnuniyyətlərini ifadə etdilər.

      Birinci kurs tələbələri üçün seminar keçirildi

        2018-ci il sentyabrın 27-də Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə “Guide to be a student” adlı seminar keçirildi. Seminarda Humanitar və Sosial Elmlər fakültəsinin birinci kurs tələbələri iştirak edərək, universitet həyatında baş verə biləcək çətinliklərin qarşısının alınması barəsində məlumat adılar. Tələbələr aktiv müzakirələrdə iştirak edərək, sonda öz suallarını da ünvanladılar. Seminarda tələbələrə Xəzər Universitetinin Psixologiya və Konsultasiya Mərkəzi haqqında da məlumat verildi, ehtiyac olduqda, mərkəzə müraciət edə biləcəkləri qeyd olundu.

        Xəzər Universitetinin əməkdaşları Tbilisi Dövlət Universitetinə səfər etdilər

          2018-ci il noyabrın 12-dən 16-dək Xəzər Universitetinin əməkdaşları –İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Rəna Həsənova Tbilisi Dövlət Universitetində keçirilən “Cənubi Qafqaz və Norveçdə akademik və iş mühitində mədəniyyətlərarası qarşılaşmalar” adlı layihənin müəllimlər üçün təşkil olunan ikinci görüşündə iştirak etdilər. Layihə Oslo Metropolitan Universiteti, Tiflis Dövlət Universiteti və Xəzər Universitetinin nümayəndələrini yenidən bir araya gətirdi.

          Görüşün məqsədi indiyədək görülən işləri qiymətləndirmək, müvafiq olaraq layihənin məqsəd və planını nizamlamaq, yay məktəbinin proqramına daxil olacaq fəaliyyətlərin detallı siyahısını təkmilləşdirmək və bu işdə məsul olan personalı müəyyənləşdirmək idi. Eyni zamanda, layihə çərçivəsində təşkil olunacaq fənlərə qeyri-akademik tərəfdaşların cəlb edilməsi yolları nümayəndələr tərəfindən müzakirə edildi.


          “Uşaqlarda inkişaf pozuntuları” mövzusunda təlim oldu

            2018-ci il noyabrın 20-də Xəzər Universitetində MD, PhD İkram Rüstəmov “Uşaqlarda inkişaf pozuntuları” mövzusunda təlim keçirdi. Təlimi universitetin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə təşkil etmişdi.

            Təlimdə Xəzər Universitetinin Psixologiya ixtisasının tələbələri ilə yanaşı, ADPU, Bakı Biznes Universitetinin tələbələri, eyni zamanda, Loqos Psixologiya və Nitq İnkişaf Mərkəzinin psixoloqları, Baki şəhəri və Abşeron rayonundan çox sayda məktəb və bağça psixoloqları təlimə qatıldılar. Təlim boyu Dr. İkram Rüstəmov uşaqların inkişaf pozuntuları zamanı baş verən yanlış diaqnostikanın qarşısının alınmasından, bu sahədəki yeniliklərdən və xarici konfransdakı çıxışlarından statlar gətirdi

            Sonda İ.Rüstəmov iştirakçıların suallarını cavablandırdı.

            Qeyd edək ki, Dr. İkram Rüstəmov 2014-2015-ci illərdə Boston Usaq Xəstəxanası doktor-elmi işçi və Harvard Universiteti Tibb fakültəsində qonaq assistent professor kimi çalışmışdır.




            Film about Khazar University