2016-cı il aprelin 15-də Milli Azərbaycan Tarixi Muzeyndə “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin açılışı keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da tədbirdə iştirak etdi. H.İsaxanlı tədbiri işıqlandıran televiziya kanalların birində Şah İsmayıl Xətai, Səfəvilər dövlətinin tarixdə rolu, bu sərginin əhəmiyyəti haqqında müsahibə verdi.