Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 114 Arxiv
XƏBƏRLƏR
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
26 Noyabr, 2026“Depressiya: psixologiyadan neyrobiologiyaya” mövzusunda seminar  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi konfransında çıxış edib  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi-praktiki konfransında çıxış edib  
26 Noyabr, 2026Akademik Vaqif Abbasov Xəzər Universitetində  

Xəzər Universitetində I Beynəlxalq Konfrans: “Türk dünyasının mənəvi dəyərləri: Seyid Yəhya Bakuvi” I Beynəlxalq Konfransı noyabrın 20-də öz işinə başlayıb

Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan, Türkiyə, Bolqarıstan, Özbəkistan, Böyük Britaniya və Mərakeşin elmi-mədəni qurumlarının tərəfdaşlığı ilə reallaşıb. Tərəfdaşlar sırasında Türkiyənin Qafqaz Universiteti və Üsküdar Universiteti Təsəvvüf Araşdırmaları İnstitutu, Özbəkistanın Turan Elmi Araşdırmalar Mərkəzi, Böyük Britaniyanın Kral İncəsənət Cəmiyyəti (Royal Society of Arts), Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, Mərakeşin Strateji Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzi və “Miras” İctimai Birliyi yer alıb.

Konfransın əsas məqsədi görkəmli Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin fəlsəfi və irfani irsinin daha geniş elmi müstəvidə araşdırılması, türk dünyasının mənəvi-mədəni əlaqələrinin öyrənilməsi və ortaq irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə vermək olub.Xəzər Universitetinin Mərmər salonunda keçirilən tədbirin açılış mərasimi universitetin Musiqi və incəsənət departamentinin hazırladığı bədii hissə ilə başlayıb. Departamentin müdiri Zülfiyyə Sadıqovanın müşayiəti ilə universitetin birinci kurs tələbələrindən ibarət xor kollektivi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar ifa edib, solist Cavid Hüseyn isə Fikrət Əmirovun Hüseyn Cavidin “Şeyx Sənan” dramına bəstələdiyi “Kor ərəbin mahnısı”nı səsləndirib. Sonra Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Fəridə Seyidova qonaqlara konfransın məqsədini açıqlayıb. Çıxış edən Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu tədbirin öz istiqamətinə görə bir ilk olduğunu vurğulayaraq, könül coğrafiyamızın memarlarının irsinin öyrənilməsinin əhəmiyyətinə diqqət çəkib. Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun həmtəsisçisi Şəhram Oromi çıxışında Bakuvi yaradıcılığının poetikasından, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Eynulla Mədətli mütəfəkkirin irsinin ədəbiyyat, dilçilik və tariximiz üçün dəyərindən, Böyük Britaniyanın Kral İncəsənət Cəmiyyətinin üzvü Neil Watson isə Bakuvinin irsinin dünyada təbliği istiqamətində görülən işlərdən bəhs ediblər. Yaxın Şərq Universitetinin professoru Ghadir Golkarianın moderatorluğu ilə keçirilən rəsmi paneldə Kembric Universitetinin professoru Siddharth Shanker (Böyük Britaniya) “Mərkəzi Asiya sufi təriqətlərinin Hindistanda yeri və mənsubiyyəti”, prof. Ghadir Golkarian “Seyid Yəhya Bakuvinin farsca qəzəllərində təsəvvüfi mənanın quruluşu”, Qafqaz Universitetinin professoru Alparslan Kartal “Seyid Yəhya Bakuvinin təsəvvüfi düşüncəsində hədislərin rolu”, Üsküdar Universitetinin dosenti İlahə Məmmədova Kurşun “Seyid Yəhya Şirvaninin təsəvvüfi düşüncəsində nəfs anlayışı və tərbiyəsi”, İstanbul Universitetinin dosenti Nihat Değirmenci “Seyid Cəmaləddin Yəhyanın “Mənazilül-Aşiqin” əsərinin Türkiyədəki əlyazma nüsxələri”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Zöhrə Əliyeva “Elmdən mənəvi kamilliyə: İnsanın formalaşması fəlsəfəsi” və “Miras” İctimai Birliyinin sədri, dosent Fariz Xəlilli “Qarabağda xəlvətilik xanəgahları” mövzularında məruzələrlə çıxış ediblər. Konfrans öz işini 5 paralel bölmə iclasında davam etdirib. Azərbaycan, Türkiyə, Küveyt və Özbəkistanın aparıcı elm və təhsil müəssisələrini təmsil edən 45 tədqiqatçının iştirak etdiyi sessiyalarda təsəvvüf fəlsəfəsi və mənəvi kamillik, türk dünyasında ortaq kimlik və varislik, ədəbi irs və dil xüsusiyyətləri, eləcə də tarixi mühit və müasir yanaşmalar istiqamətlərində geniş elmi müzakirələr aparılıb. Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun 37-ci Baş Konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi beynəlxalq səviyyədə qeyd edilib, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəfəkkirin əsərləri Azərbaycan dilinə tərcümə olunaraq Bakıda, Fransa və Türkiyədə təqdim olunub. Xəzər Universitetində keçirilən konfrans həmin elmi-mədəni fəaliyyətlərin davamı olmaqla yanaşı, gələcəkdə türk coğrafiyasının mənəvi irsində mühüm rol oynamış şəxsiyyətlərə həsr ediləcək silsilə beynəlxalq konfransların başlanğıcı kimi dəyərləndirilir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026