Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 151 Arxiv
XƏBƏRLƏR
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
26 Noyabr, 2026“Depressiya: psixologiyadan neyrobiologiyaya” mövzusunda seminar  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi konfransında çıxış edib  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi-praktiki konfransında çıxış edib  
26 Noyabr, 2026Akademik Vaqif Abbasov Xəzər Universitetində  

Dünya Çin Dili Konfransında Azərbaycan təcrübəsi təqdim olunub

Pekin şəhərində ənənəvi Dünya Çin Dili Konfransı keçirilib.

“Xalq Qəzeti” xəbər verir ki, Çinin Təhsil Nazirliyinin təşkil etdiyi konfransda dünyanın 160 ölkəsindən alimlər, universitet rəhbərləri, təhsil işçiləri olmaqla, üç mindən çox nümayəndə iştirak edib. Açılış mərasimində Çin Xalq Respublikasının Sədr müavini Han Genq qeyd edib ki, ölkəsi beynəlxalq Çin dili təhsilinin inkişafına, xarici ölkələrdə bu dilin  tədrisinin genişləndirilməsinə və müəllim hazırlığının gücləndirilməsinə xüsusi əhəmiyyət verir. O, bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Çin dili vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, eləcə də müxtəlif sivilizasiyalar arasında dialoq və mədəni mübadilənin təşviqinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində təşkil olunan Dünya Çin Dili Tədrisi Assosiasiyasının illik konfransında Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycanda Çin dilinin distant tədrisinin formalaşması, nəzəri əsasları və praktik tətbiq xüsusiyyətlərinə dair məruzə ilə çıxış edib.

Məruzədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən Azərbaycanda həyata keçirilən distant Çin dili tədrisi layihəsinin məqsədləri, təşkili və əldə olunan nəticələri, pedaqoji və metodoloji problemlər təhlil edilib. Həmçinin, distant dil tədrisinin pedaqoji və metodoloji əsasları müasir dil tədrisi nəzəriyyələri kontekstində nəzərdən keçirilib, ənənəvi, onlayn tədris modellərinin üstünlükləri və məhdudiyyətləri müqayisə edilib.

Azərbaycan təcrübəsi əsasında distant Çin dili tədrisinin səmərəliliyinin artırılması, rəqəmsal təhsil resurslarından daha geniş istifadə olunması, iki ölkənin təhsil sahəsində  əməkdaşlığının yeni texnologiyalar vasitəsilə inkişaf etdirilməsi perspektivləri təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda Çin dilinin distant formada tədrisi layihəsi Azərbaycan Dövlət İqtisad Universitetinin distant təhsil infrastrukturu əsasında, Pekin Xarici Dillər Universitetinin və Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilir.

https://www.kalibri.az/viewhr.php?z=4&ids=433938028&lng=az_az&m=1&c=MzMz

 

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026