2026-cı il noyabrın 11-də Neft mühəndisliyi departamentinin müdiri Dr. Elvin Əhmədov Rusiya Təbiət Elmləri Akademiyasının dəvəti ilə "Elm və Təhsilin Müasir Problemləri 2026" adlı beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir. O, “Təhsil, elm və insan kapitalı arasındakı qarşılıqlı əlaqənin müasir modelləri: innovasiya, rəqəmsal transformasiya və insan kapitalı kontekstində analitik yanaşma” mövzusunda məruzəsində Xəzər Universitetinin Neft mühəndisliyi departamentinin yenilikləri və gələcəyə baxışı – yol xəritəsi, gözlənilən nəticələr haqqında onlayn formatda iştirakçılara məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Müzakirə zamanı təhsil sistemində yeni yanaşmalar və qısa müddətdə əldə olunan nəticələr xüsusi maraq doğurmuşdur.