2026-cı il noyabrın 7-də Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov Stopnarkotik.az-ın YouTube kanalında canlı yayımda çıxış etmişdir. Yayımda “Gənclər niyə narkotikə meyl edir?” mövzusu müzakirə olunmuşdur. Müzakirənin məqsədi gənclər arasında narkotik vasitələrə meylin yaranma səbəblərini, bu prosesə təsir göstərən psixoloji, emosional, ailə və sosial amilləri nəzərdən keçirmək idi.
Çıxış zamanı Mirsadiq Muxtarov narkotik asılılığının formalaşmasına təsir göstərən psixoloji və sosial amillərdən bəhs etmiş, gənclərin psixoloji və emosional ehtiyaclarının, özünü təsdiqetmə istəyinin, aidiyyət hissinin və sosial mühitin davranış və seçimlərə təsirini vurğulamışdır. Psixoloq bu məsələdə ailə münasibətlərinin əhəmiyyətinə toxunmuş, valideynlərlə övladlar arasında sağlam ünsiyyətin, qarşılıqlı etimadın və emosional dəstəyin qoruyucu rolunu qeyd etmişdir. Eyni zamanda, dost çevrəsinin təsiri, sosial təzyiq, yanlış seçimlər və gənclərin riskli davranışlara yönəlməsində sosial mühitin rolu barədə fikirlər səsləndirilmişdir.
Çıxışda narkotik asılılığının qarşısının alınmasında ailənin, sosial çevrənin və cəmiyyətin birgə məsuliyyətinə də diqqət çəkilmişdir. Mütəxəssis gənclərin psixoloji ehtiyaclarının vaxtında müəyyənləşdirilməsinin, onların problemlərinə diqqətlə yanaşılmasının, sağlam ünsiyyət mühitinin yaradılmasının və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Çıxış aşağıdakı linkdə: