Xəzər Universitetinin Neftçilər kampusunda Karyera və Məzunlar Mərkəzinin HR Engineering şirkəti ilə əməkdaşlığı çərçivəsində 2026- cı il oktyabrın 30- da “Career Readiness Week – Karyera Hazırlığı Həftəsi”nin növbəti INFO DESK tədbiri keçirilib.
Tələbələrin fəal iştirakı ilə interaktiv formatda təşkil olunan tədbir onların karyera inkişafına dəstək göstərmək, peşəkar bacarıqlarını təkmilləşdirmək və əmək bazarına hazırlığını gücləndirmək məqsədi daşıyıb.
INFO DESK çərçivəsində tələbələrə üç əsas istiqamət üzrə dəstək göstərilib: CV Clinic – CV-lərin hazırlanması və təkmilləşdirilməsi, LinkedIn Lab – LinkedIn profillərinin yaradılması və inkişaf etdirilməsi, Mock Interview – iş müsahibələrinə hazırlıq və müsahibə bacarıqlarının təkmilləşdirilməsi.
Canlı müzakirələr, sual-cavab və fərdi məsləhətləşmələrlə davam edən tədbirdə tələbələr öz CV-ləri ilə bağlı rəy alıb, peşəkar bilik və bacarıqlarını işəgötürənlərə daha effektiv təqdim etməyin yollarını öyrəniblər. İştirakçılar, həmçinin, karyera planlaması və gələcək iş imkanları ilə bağlı suallarını ünvanlayaraq, praktik tövsiyələr alıblar.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi tələbələrin peşəkar inkişafına göstərdiyi dəstəyə, səmərəli əməkdaşlığa və tədbirin interaktiv təşkilinə verdiyi töhfəyə görə HR Engineering şirkətinə və komandasına təşəkkürünü bildirir.