Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 7496 Arxiv
XƏBƏRLƏR
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
08 May, 2026Xəzər Universitetinin tələbələri  1-ci yerə layiq görülüblər  
08 May, 2026İsmayıllı şəhəri “Niyal kursları”nın dinləyiciləri ilə görüş            
08 May, 2026Şəhərsalma və memarlıq” ilinə həsr edilmiş dərs
08 May, 2026Beynəlxalq konfransın nümayəndələri üçün konsert proqramı  
07 May, 2026“Xəzər”in İngilis dili və ədəbiyyat departamenti professorunun məqaləsi beynəlxalq jurnalda dərc edilib

Departament müdirimiz Vatikanda keçirilən beynəlxalq konfransda çıxış etmişdir

Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə aprelin 11-12-də Vatikanda “Ortaq Evimiz üçün qayğı: ABŞ və Vatikanın qlobal məsələlərdə iştirakı” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Konfransda Vatikanda akkreditə olunmuş səfirlər, diplomatik korpus nümayəndələri, müxtəlif dini qrupların liderləri və beynəlxalq xəbər agentliklərinin təmsilçiləri iştirak etmişlər. 

Konfrans 2015-ci il mayın 24-də Papa Fransis tərəfindən dünyadakı Roma Katolik Kilsəsinin bütün yepiskoplarına göndərilmiş “Ortaq Evimiz üçün qayğı” haqqında ensiklika məktubundakı bəzi məsələlərdən irəli gələn çağırışları müzakirə etmək məqsədilə keçirilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, həmin ensiklika ətraf mühitə qayğı, iqlim dəyişikliyi, bio-müxtəlifliyin itirilməsi, insanın yaşayış keyfiyyətinin aşağı düşməsi, qlobal bərabərsizlik, içməli su çatışmazlığından və digər yeni səbəblərdən yarana biləcək mümkün problem və münaqişələrə görə Papanın dərin narahatlığını ifadə edir. Planetimizin gələcəyinin necə formalaşdırılması üçün yeni dialoqa çağıran həmin ensiklika məktubunda Papa Fransis hazırda yaşanan problemlərdə insan faktorunun hamını narahat etdiyini nəzərə alaraq, beynəlxalq və lokal səviyyələrdə danışıqlara olanehtiyacı vurğulayır, yeni konfliktlərin qabaqlanaraq qarşısının alınması və mümkün səbəblərinin əvvəlcədən aradan qaldırılmasının önəmini, dinlərin elmlə səbrli və açıq dialoqunu irəli sürür.

Papanın Ədalət və Sülh Şurasının prezidenti Kardinal Peter Turksonun sədrliyi ilə Vatikandakı Apostol Sarayında keçirilən konfransda “Azərbaycandakı dinlərarası tolerantlıq və multikulturalizm” adlı təqdimatla çıxış edən M. Hacızadə ölkəmizdə təşəkkül tapmış dini tolerantlığın əsasları və mövcud olan multikulturalizmin önəmini regionda və dünyada baş verən gərginliklər fonunda dəyərləndirmişdir. M. Hacızadə öz çıxışında Azərbaycandakı müxtəlif dini qruplar və milli azlıqlar haqqında danışmış, onların ölkəmizin tolerantlıq mühitinə verdikləri danılmaz töhfələr haqqında konfrans iştirakçılarına məlumat vermişdir. Azərbaycanın dünyəvi dövlət olduğunu, onun konstitusiyasının və qanunlarının etno-kultural, irqi və dini mənsubiyyətə görə qətiyyən ayrı-seçkiliyə imkan vermədiyini nümunələr göstərərək izah etmişdir. 

Müzakirə zamanı, M. Hacızadə aprel ayının ilk günlərində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulması və təxribatlar törədilməsi, hələlik nəticə verməyən sülh danışıqları, Ermənistandakı tarixi vətənlərindən zorla çıxarılaraq Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin vəziyyəti və güc tətbiqi dilemması barəsində də öz fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşdür.

 

 

 

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026