Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva yubileyi münasibətilə Səbinə Quluyeva- Həmzəyevaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
Hörmətli Səbinə xanım,
Sizi yubileyiniz münasibətilə öz adımdan və Xəzər Universitetinin kollektivi adından səmimi-qəlbdən təbrik edirəm!
Təşkilati Sənədləşmə şöbəsinin müdiri kimi üzərinizə düşən məsuliyyətli vəzifənin icrasında göstərdiyiniz diqqət və dəqiqlik, işinizə sədaqətli münasibətiniz universitetimizin fəaliyyətinə dəyərli töhfədir. Sənədləşmə işinin düzgün təşkili gündəlik əməyin, səbrin və peşəkarlığın nəticəsidir. Bu əməyinizi yüksək qiymətləndiririk.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Həyatınız sevdiklərinizlə bölüşəcəyiniz xoş anlarla, sevinc və gözəl xəbərlərlə zəngin olsun.
Yubileyiniz mübarək, Səbinə xanım!