Xəzər Universitetində Begin Group şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Ann Reshetnyak, Dubayın Bilik və İnsan İnkişafı İdarəsinin (Knowledge and Human Development Authority) siyasət, tədqiqat və proqramlar üzrə eksperti Dr. Nitesh Sughnani ilə 2026-cı il oktyabrın 14-də görüş olub.
Görüşdə qarşılıqlı beynəlxalq əlaqələr üzrə fəaliyyət, beynəlxalq tərəfdaşlıqlar və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seyran Əliyeva təqdimatla çıxış edərək, qonaqlara universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri və imkanları barədə geniş məlumat verib.
Görüş zamanı Dubayın ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Müzakirələrdə tələbə və akademik heyət mübadiləsi, birgə təhsil layihələrinin həyata keçirilməsi və universitetlərarası tərəfdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.