Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 341 Arxiv
XƏBƏRLƏR
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
26 Noyabr, 2026“Depressiya: psixologiyadan neyrobiologiyaya” mövzusunda seminar  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi konfransında çıxış edib  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi-praktiki konfransında çıxış edib  
26 Noyabr, 2026Akademik Vaqif Abbasov Xəzər Universitetində  

Elmi Şuranın növbəti iclası

2026-cı il oktyabrın 12- də  Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi.

Xəzər Universitetinin rektoru, Dr. Raziyə İsayeva iclasın sədri kimi, gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı, Elmi Şuranın yeni tərkibi barədə məlumat verdi. Bildirdi  ki, Elmi Şuranın yeni tərkibi təsdiq edilmiş və sənaye sahəsində fəaliyyət göstərən 3 mütəxəssis də daxil olmaqla, Şuranın üzvlərinin ümumi sayı 48 nəfər müəyyən edilmişdir.

Sonra iclasın gündəliyində yer alan birinci məsələnin — məzunlar haqqında məlumatın təqdim olunması müzakirə edildi. Tələbələrin akademik göstəricilərini, ixtisas istiqamətlərini və müvafiq statistik məlumatları təqdim etmək üçün söz Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyevaya, həmçinin, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dilarə Rəsulovaya, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasovaya və İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədova verildi. Təqdim edilən məzun siyahısı Elmi Şura üzvləri tərəfindən təsdiq olundu.

Gündəliyin ikinci məsələsi fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş tələbələrin təhsil formalarının əyanidən qiyabiyə keçirilməsi ilə bağlı idi. Elmi Şuranın katibi Günel Bahəddinova bildirdi ki, cari akademik ildə Xəzər Universitetinə 18 nəfər yerli doktorant qəbul edilib. Onlardan əyani formada qəbul olunan 5 tələbə rəsmi ərizə ilə müraciət edərək, təhsil formalarının əyanidən qiyabiyə dəyişdirilməsini xahiş ediblər. Elmi Şura üzvləri tərəfindən müraciətlər müsbət qiymətləndirildi və müvafiq qərar qəbul edildi.

Elmi Şuranın üçüncü məsələsi 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə əyani doktorant Abdirisak Abdirahman Abdullahinin dissertasiya mövzusunun adının dəyişdirilməsi oldu. Doktorant dissertasiya mövzusunun adının dəyişdirilməsi ilə bağlı Elmi Şura üzvlərinə məlumat verdi. Təklif qəbul olundu və məsələ səsə qoyularaq təsdiq edildi.

Gündəliyin dördüncü məsələsi kimi Elmi Şuranın illik fəaliyyət planı müzakirə olundu. Sədr Dr. Raziyə İsayeva fəaliyyət planında yer alan məsələlər barədə məlumat verərək, onları Şura üzvlərinin diqqətinə çatdırdı. Üzvlər tərəfindən irəli sürülən təkliflər nəzərə alınaraq, plan təsdiq edildi.

Elmi Şuranın beşinci məsələsində İqtisadiyyat və menecment departamentinin professoru Şəhriyar Muxtarovun müəllifi olduğu “Monetar siyasət” adlı dərs vəsaitinin çapı müzakirə edildi. Dərs vəsaiti barədə İqtisadiyyat və menecment fakültəsinin dekanı Dilarə Rəsulova ətraflı məlumat verdi. Müzakirədən sonra Elmi Şura üzvlərinin yekdil səsi ilə “Monetar siyasət” çapa tövsiyə olundu.

Şuranın altıncı məsələsi  Akkreditasiya komissiyasının göstəriş və tövsiyələrinin icrasına dair 2026/27-ci tədris ili üzrə fəaliyyət planının müzakirəsi oldu. Bu məsələ haqqında Xəzər Universiteti  Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova məlumat verdi. Məsələ səsə qoyularaq, fəaliyyət planı təsdiq edildi.

Müzakirə olunan sonuncu, yeddinci məsələdə “Tarix və arxeologiya” departamentinin müdiri Telman Nüsrətoğlu və  “Kimya və kimya mühəndisliyi” departamentinin müdiri Tahir Cavadov departamentlərin Strateji inkişaf planları üzrə ətraflı məlumat verdilər.

İclasın sonunda cari məsələlər müzakirə olundu və iclas  başa çatdı.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026