Son günlərdə Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu müxtəlif televiziya proqramlarında ekspert qismində iştirak edərək, aktual siyasi, iqtisadi və geosiyasi proseslərə dair fikirlərini bölüşmüşdür. O, ARB 24 telekanalının “Nə deyirlər?” proqramında ABŞ–Rusiya münasibətləri, tərəflər arasında əldə olunan razılaşmalar, Ukrayna müharibəsi və ABŞ, Rusiya, Ukrayna, eləcə də Avropa İttifaqı arasında cərəyan edən siyasi və geosiyasi prosesləri təhlil etmişdir.
Bununla yanaşı, dosent Telman Nüsrətoğlu AZTV telekanalının “Hədəf” proqramında Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişaf perspektivləri, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və regional əlaqələrin yeni prioritetləri ilə bağlı müzakirələrdə iştirak etmişdir. Proqram çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin siyasi, iqtisadi və geostrateji əhəmiyyəti, habelə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əməkdaşlığının inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır.