Xəzər Universiteti və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə 2026- cı il oktyabrın 2- də “Azərbaycanın kapital bazarının tədqiqi: mövcud mənzərə və perspektivlər” mövzusunda seminar keçirilib.
Tədbirdə Bakı Fond Birjasının Baş iqtisadçısı Emin Əliyev Azərbaycanın kapital bazarının cari vəziyyəti, son illərdə müşahidə olunan inkişaf dinamikası və bazarın gələcək perspektivləri barədə geniş məlumat verib.
Seminar çərçivəsində kapital bazarının iqtisadiyyatda rolu, əsas maliyyə alətləri, eləcə də bazarın inkişafına təsir edən amillər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir tələbələrin Azərbaycan kapital bazarı ilə bağlı biliklərinin genişləndirilməsi, mövcud bazar imkanlarının daha yaxından öyrənilməsi və sektorun gələcək inkişaf istiqamətlərinin müzakirəsi baxımından faydalı platforma yaradıb.
Bakı Fond Birjasının ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bu cür maarifləndirici təşəbbüslər kapital bazarı üzrə bilik və məlumatlılığın artırılmasına, xüsusilə, gənclər arasında maliyyə savadlılığının inkişafına töhfə verməyi hədəfləyir.