Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev 2026-cı il oktyabrın 1-də AZƏRTAC-a Azərbaycanın müdafiə sənayesinin inkişafı və onun regionda sabitliyə töhfəsi barədə açıqlama verib.
Dos. Orxan Vəliyev müasir dövrdə güclü ordunun yalnız şəxsi heyətin sayı və silah ehtiyatı ilə deyil, eyni zamanda texnoloji yenilikləri özündə birləşdirən inkişaf etmiş müdafiə sənayesinin mövcudluğu ilə ölçüldüyünü bildirib. O, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra hərbi əməkdaşlıqlarını inkişaf etdirməsi, milli müdafiə sənayesinin formalaşdırılması və beynəlxalq şirkətlərlə birgə istehsal və texnologiya sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Departament müdiri universitetlərin müdafiə sənayesi prosesinə cəlb olunmasının da strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, universitetlər və müdafiə sənayesi arasında əməkdaşlığın genişləndirilməsi yerli texnologiyaların inkişafına, kadr hazırlığına və “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanınmasına töhfə verə bilər.
Link: Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH