Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Dr. Alptekin Cihangir İşbilirin “Müharibə müxbirliyinin ‘qoruma’ və ‘müdafiə’ funksiyaları: Qarabağ, Suriya və Qəzza nümunələri” mövzusunda kitab fəsli "Beynəlxalq təhlükəsizlikdə müharibə jurnalistikası" adlı kitabda nəşr edilmişdir.
Kitab fəslində 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin fəaliyyəti, müharibənin beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu və jurnalistlərin informasiya müharibəsindəki fəaliyyəti araşdırılmışdır.
Kitab fəsli ilə bağlı aşağıdakı saytlarda da məlumat verilmişdir:
Oxu.az – “Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda: hansı məqamlar araşdırılıb?”
Füyuzat.az – “Alptekin Cihangir İşbilir 44 günlük Zəfərin informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin rolundan yazıb”