Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 248 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

Süni intellektin yeni biznes imkanlarına təsiri

Xəzər Universitetinin İT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev süni intellektin iqtisadiyyatda yaratdığı yeni imkanlar və gələcəkdə bizneslərin inkişafına təsiri barədə mediaya açıqlama verib.

Fərid Musayev “Globalinfo.az”a açıqlamasında süni intellektin yeni sərvətlərin və biznes imkanlarının yaranmasına təsir göstərə biləcəyini bildirib. O, OpenAI şirkətinin baş direktoru Sam Altmanın süni intellektin yaxın illərdə internetdən daha çox milyonçu yarada biləcəyi ilə bağlı fikirlərini şərh edib.

Ekspertin sözlərinə görə, bu fikir kifayət qədər iddialı olsa da, süni intellektin iqtisadiyyatda yaratdığı dəyişikliklər baxımından müəyyən əsaslara söykənir.

Fərid Musayev qeyd edib ki, süni intellekt bir sıra texniki bacarıqlara olan ehtiyacı azaldaraq, insanların yeni bizneslər qurmasını asanlaşdırır. Əvvəllər proqram təminatı, veb-sayt və müxtəlif rəqəmsal məhsullar yaratmaq üçün proqramlaşdırma və dizayn kimi xüsusi biliklər tələb olunurdusa, hazırda süni intellekt vasitəsilə bu işlərin bir hissəsini daha az texniki biliklə həyata keçirmək mümkündür.

Onun sözlərinə görə, bu imkanlar yeni sahibkarların bazara daxil olmasını asanlaşdıra bilər. Süni intellekt eyni zamanda kiçik komandalarla daha böyük həcmdə işlərin görülməsinə şərait yaradır. Bir nəfər süni intellekt alətlərindən istifadə etməklə marketinq, müştəri xidməti, proqramlaşdırma və digər istiqamətlər üzrə müxtəlif prosesləri idarə edə bilər. Bu isə bizneslərin xərclərinin azalmasına və məhsuldarlığın artmasına imkan yarada bilər.

Fərid Musayev süni intellektin yaratdığı imkanlarla yanaşı, artan rəqabətə də diqqət çəkib.

“Bazara daxil olmaq asanlaşdıqca rəqabət artır, eyni məhsul və xidmətləri təqdim edən şirkətlərin sayı çoxalır. Bu səbəbdən yalnız süni intellektdən istifadə uğur üçün kifayət etməyəcək. Sahibkarın fərqli ideyası, düzgün strategiyası və bazarın tələbatını düzgün qiymətləndirməsi əsas amillərdən olacaq”, – deyə ekspert bildirib.

O, həmçinin, süni intellektdən əldə olunan iqtisadi gəlirlərin böyük texnologiya şirkətlərində daha çox cəmləşməsi ehtimalının olduğunu qeyd edib. Fərid Musayevin sözlərinə görə, süni intellekt yeni biznes imkanları yaratmaqla yanaşı, böyük resurslara malik şirkətlərin mövqeyini də gücləndirə bilər.

Ekspert hesab edir ki, süni intellekt gələcəkdə çoxsaylı yeni biznes imkanları yarada bilər. Bununla belə, bu imkanlardan səmərəli istifadə etmək üçün yalnız texnologiyanı bilmək kifayət etməyəcək. Uğur üçün süni intellektin imkanlarını strateji düşüncə, yaradıcılıq və düzgün biznes yanaşması ilə birləşdirmək vacib olacaq.

https://globalinfo.az/buna-sahib-olan-sexsler-5-ile-milyoncu-olacaqlar-aciqlama/

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026