Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 560 Arxiv
XƏBƏRLƏR
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
26 Noyabr, 2026“Depressiya: psixologiyadan neyrobiologiyaya” mövzusunda seminar  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi konfransında çıxış edib  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi-praktiki konfransında çıxış edib  
26 Noyabr, 2026Akademik Vaqif Abbasov Xəzər Universitetində  

Tələbə və müəllimlər beynəlxalq arxeoloji tədqiqatda  

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri Dr. Yaqub Məmmədov, Ülviyyə Səfərova, eləcə də Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HESS) II kurs tələbəsi Mustafa Xəlilov 2026- cı il  25 iyul – 25 avqust aralığında  AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universiteti arasında bağlanmış müqaviləyə əsasən Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağarasında aparılan birgə beynəlxalq arxeoloji tədqiqatların üçüncü mövsümündə iştirak etmişlər. Bu il olduğu kimi, Dr. Yaqub Məmmədov və Ülviyyə Səfərova 2024–2025-ci illərdə aparılmış tədqiqatlarda da olmuşlar.

Mağara 1960-cı ildə Azərbaycan paleolitşünaslığının banisi Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır. 1964–1986-cı illərdə fasilələrlə aparılan tədqiqatlar nəticəsində mağaranın mövcud çöküntülərinin üçdə iki hissəsi öyrənilmişdir. Bu tədqiqatlar zamanı müəyyən edilmiş altı mədəni təbəqədən 9 mindən artıq arxeoloji nümunə aşkar olunmuşdur ki, onların böyük əksəriyyəti Orta Paleolit dövrünə aiddir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Azad Zeynalovun, Yaponiya tərəfindən isə Tokio Universiteti Muzeyinin direktoru və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihihiro Nişiakinin rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində mağaranın mədəni təbəqələrinin mütləq əksər hissəsi Orta Paleolit (Mustye mədəniyyəti) dövrünə aid edilsə də, Üst Paleolit nümunələri də qeydə alınmışdır. Mağarada insanların azı 100–35 min il əvvəl yaşadığı maddi nümunələrlə təsdiqlənsə də, hazırda mütləq yaşın müəyyən olunması üçün radiometrik təhlillər aparılır. Beləliklə, Tağlar mağarasının tədqiqi neandertal tipli insanların miqrasiyası və məskunlaşması məsələsinin öyrənilməsi ilə yanaşı, müasir tipli insanlarla münasibətlərinə də aydınlıq gətirilməsində böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə tədqiqatlarda müasir qazıntı texnikası və üsulları tətbiq olunmaqla, multidisiplinar araşdırmalar aparılır.

Qeyd etmək lazımdır ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı könüllü proqram çərçivəsində və müəllimlərinin tövsiyəsi əsasında “Xəzər”in tələbəsi Mustafa Xəlilov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin III kurs tələbəsi Tural Səfiyev və Gəncə Dövlət Universitetinin (GDU) İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Anar Səfiyev ilə birgə tədqiqatlarda iştirak edirlər. Tələbələrin Tağlar mağarasındakı Azərbaycan–Yaponiya birgə arxeoloji tədqiqatlarda iştirakı həm elmi, həm də ictimai baxımdan mühüm əhəmiyyət daşıyır. Onların ekspedisiyaya cəlb olunması gənclərin nəzəri biliklərini praktik mühitdə sınamasına, arxeoloji metodlarla tanış olmasına və beynəlxalq əməkdaşlıq mühitində təcrübə qazanmasına imkan yaradır. Bu proses gələcəkdə ölkənin arxeologiya sahəsində peşəkar kadr potensialının güclənməsinə, gənclərin elmi fəaliyyətə marağının artmasına və milli-mədəni irsin öyrənilməsinə töhfə verir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026