Xəzər Universitetinin Neft-qaz mühəndisliyi departamentinin müdiri Dr. Elvin Əhmədov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) və IKSAD Azərbaycanın təşkilatçılığı ilə 2026-cı il 23-25 iyul aralığında Şuşa şəhərində keçirilən Beynəlxalq Konqresdə "Təhsil, elm və insan əlaqələrinin müasir modelləri: innovasiya, rəqəmsal transformasiya və insan kapitalı konteksində analitik yanaşma" mövzusunda məruzə etmişdir. Məruzədən sonra müəllifi olduğu "Uğur Açarı" adlı kitabı konfransın gənc iştirakçılarına hədiyyə edilmişdir. Səfər çərçivəsində Şuşa, Xankəndi, Laçın və Ağdam şəhərinin zəngin mədəni abidələri də ziyarət olunmuşdur.
Dr. Elvin Əhmədov həmçinin, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan alimlər və mütəxəssislərlə mövzu barədə geniş müzakirə aparmış, gələcəkdə bu cür birgə seminarların keçirilməsi barədə təkliflərini bildirmişdir. Tərəflərin razılığına əsasən, əməkdaşlığa hazır olduqları bildirilmişdir.