Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 33 Arxiv
XƏBƏRLƏR
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
02 Sentyabr, 2026Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib
02 Sentyabr, 2026Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda  
31 Avqust, 2026Fizika və elektronika departamentinin müdiri Çində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqatda  

Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda  

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Özbəkistandan “Səmərqənd” Dövlət Muzey-Qoruğu, Qazaxıstandan “Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu, Qırğızıstandan “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksinin birgə təşkilatçılığı əsasında 2026- cı il avqustun 27- də “Ortaq irs, ortaq gələcək: Türk dünyasında arxeoloji və tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilmişdir.

Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumlarının, elmi müəssisələrinin və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının, Bakı Dövlət Universitetinin alim və magistrantlarının iştirakı ilə keçirilən beynəlxalq seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov, Tarix və arxeologiya departamentinin assistenti Nərmin Həsənova, həmçinin, Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HESS) Tarix müəllimliyi və Tarix-coğrafiya ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər.

Zoom platforması üzərindən keçirilən tədbir Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılmasını məqsəd qoymuşdur.

Seminarda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsiblinin moderatorluğu ilə iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri təqdim olunmuşdur. I bölmədə Azərbaycandan Musa Mursaquliyev (Keşikçidağ DTMQ-nin direktoru) — “Arxeoloji tədqiqatdan mədəni irsin təbliğinə: Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi təcrübəsi”, Özbəkistandan Ruzimurotova Safura Şamuratovna (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Mədəni irsin qorunmasında çöl tədqiqatlarının əhəmiyyəti”, Qazaxıstandan Dinara Sazanova (“Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu) — “Həzrət Sultan Türbəsini ziyarət edənlər: Türk xalqlarının ənənəvi ziyarət mədəniyyətinin təzahürü”, Qırğızıstandan Xayrullo İbaydullayev Xəbibullayeviç (“Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi) — “Süleyman-Too Türk dünyasının sakral (müqəddəs) mərkəzi kimi” mövzularında məruzələr edilmişdir. II bölmədə isə Azərbaycandan Pərviz Qasımov (AMEA Arxeologiya və Antropologiya İnstitutu) — “Keşikçidağ kurqanları”, Qırğızıstandan İshaq Egemnazarov Sardarbekoviç (“Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi) — “Çingiz Aytmatovun humanizmi: milli köklərdən ümumbəşəri dəyərlərə doğru”, Qazaxıstandan Nazerke Dulatova (“Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu) — “Yəsəvi Türbəsi: Ortaq irsin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi”, Özbəkistandan Navbahor Qarşiyevna Daliyeva (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Səmərqənd Dövlət Muzey-Qoruğunun ekspozisiyalarında nümayiş olunan ‘Kafirqala panosu’ haqqında” adlı məruzələrlə çıxış etmişlər.

Keçirilən beynəlxalq seminar Türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin, ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynamışdır.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026