Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu Azərbaycanın aparıcı televiziya kanallarında yayımlanan bir sıra analitik proqramlarda ekspert qismində çıxış edib.
Departament müdiri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında canlı yayımda Azərbaycan–Özbəkistan münasibətlərini, iki ölkə arasında tarixi, siyasi və mədəni əlaqələri, eləcə də müasir əməkdaşlığın əsas istiqamətlərini təhlil edib.
T. Nüsrətoğlu Baku TV- nin “Gündəm” proqramında Azərbaycan tarixinin tədrisi, o cümlədən, orta məktəblərdə Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi ilə bağlı qəbul edilən qərar, tarix dərsliklərinin mövcud vəziyyəti və bu sahədə mütəxəssis hazırlığı məsələlərinə münasibət bildirib.
Dosent Telman Nüsrətoğlu “ARB 24” televiziyasının “Gündəm” proqramında da qonaq olaraq iştirak edib. Verilişdə Ermənistan–Azərbaycan münasibətləri, Ermənistanda baş verən son daxili siyasi proseslər, siyasi qüvvələr arasında mübarizə və ölkənin mövcud siyasi vəziyyəti ilə bağlı geniş şərhlər verib.
Beləliklə, Departament müdirinin televiziya çıxışlarında Azərbaycan tarixinin tədrisi, milli tarixçilik, Azərbaycan–Özbəkistan əlaqələri və Cənubi Qafqazda baş verən aktual siyasi proseslər əsas müzakirə mövzuları olub.